Heydərabad sakinləri

Siz necə ziyalısınız ki, bu mövzuda danışmağa qorxursunuz

Source: Meydan.TV

Siz necə ziyalısınız ki, bu mövzuda danışmağa qorxursunuz və ömrüboyu ancaq hakimiyyət qarşısında əyilməklə məşğulsunuz?

Bugünlərdə sovet təbliğat sənayesinin ən yaxşı ənənələri üzərində qurulmuş İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşünün atmosferinə baxanda, dahi Aristotelin dövründən məlum olan "bütün yaltaqlar kölələrdir" deyiminin doğru olduğuna bir daha əmin oldum.

Məncə, az yaşamamışam və bu cür tədbirlərdə danışanların səviyyəsinə alışmalı olmalıydım. Lakin bu sahədə xüsusi qabiliyyətli insanlar elə "incilər" təqdim edirlər ki, adam nə deyəcəyini də bilmir.

Bax, bu dəfə də mədəniyyət xadimlərinin içindən seçilmiş xüsusi “istedadlı”ların mehriban cərgəsindən bir lider çıxdı. Bu, saxta ziyalılar üçün tikiləcək qəsəbənin "Heydərabad" adlandırılmasını təklif edən, "xalq yazıçısı" adlanan Anar oldu. O, bununla, sovet dövrlərindən ölkə rəhbərlərinə primitiv tərif deməkdə ad çıxarmış Zeynəb Xanlarovanı da kölgədə qoydu.

İlham Əliyev və Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü
İlham Əliyev və Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü

Mən prezidentin bu psevdo yaradıcı ziyalılarla görüşünə baxanda, qeri-ixtiyari olaraq, kədərlə Putinin Kremldə mədəniyyət xadimləri ilə keçirdiyi oxşar görüşlə paralellər apardım. Həmin görüşdə siyasi motivlərlə həbs edilmiş Sentsovun və Serebrennikovun əfv edilməsini tələb edən bir neçə cəsarətlilər tapıldı. Niyə İlham Əliyevlə görüşə dəvət edilmiş həmyerlilərimdən bircə nəfər də xadim tapılmadı ki, Azərbaycandakı, içərisində xeyli gənclərin olduğu iki yüzədək siyasi məhbusdan heç olmasa birinin müdafiəsi üçün səsini qaldırsın? Siz necə ziyalısınız ki, bu mövzuda danışmağa qorxursunuz və ömrüboyu ancaq hakimiyyət qarşısında əyilməklə məşğulsunuz?

1999-cu ildə akademik Dmitri Lixaçov öləndə deyirdilər ki, rus xalqının vicdanı öldü. Heydərabad sakinləri, bəs sizin vicdanınız haradadır?

Ana səhifəXəbərlərHeydərabad sakinləri