Köhnə Bakının ağac dünyası: bir ustanın hekayəti

Məqalə Kavkazski Uzel saytında dərc olunub.

Adəm Zindani adı ilə tanınmış Adəm İsmayılov şəhərin köhnə hissəsində emalatxanada yaşayır və çalışır. O, əvvəllər fotoqraf olub, lakin sonradan taxta heykəltəraşlıqla maraqlanmağa başlayıb və ustaya çevrilib.

Hazırda Adəm Azərbaycanda bu sahədə yeganə adamdır. “Uşaqlıqdan fotoqrafiyaya və rəsmə həvəs göstərmişəm. Müxtəlif fotolar və şəkillər çəkmişəm. Lakin sonra gördüm ki, fotoqrafiyada pul yoxdur, bu səbəbdən o sahədən uzaqlaşdım. Onu lazım olduğu qədər qiymətləndirmirdilər, - Adəm danışır. – Çox axtardım, amma Azərbaycanda bu cür əsərlər yaradan birisini tapmadım. Bu sahəni 30-40 il tədqiq etdim, amma heç bir nəticəsi olmadı”.

Adəm üçillik dustaq həyatından sonra “Zindani” (“Dustaq”) ləqəbini götürüb ki, elə bu ad da onun yaradıcı təxəllüsünə çevrilib. Adəm günün müəyyən hissəsini İçərişəhərdə icarəyə götürdüyü 15 kv metrlik emalatxanada keçirir. O, elə burda da yaşayır. Otağın kirayəsinə görə 250 manat (hardasa 150 dollar) ödəyir. Hazırladığı məmulatların qiyməti 15 manatdan başlayır, ustanın aylıq gəliri 1000-1500 manatdır. Adəmin bütün heykəlləri müstəsna olaraq təxəyyülünün məhsuludur, o, sifarişlə işləmir. Usta hazırladığı məhsulları Bakının tarixi mərkəzində turistlərə və şəhər sakinlərinə satır.

“Daha çox axşamlar işləməyə üstünlük verirəm. 1-2 saata taxtadan bir heykəl yona bilərəm. Ən uzun işim bir gün çəkə bilər”, - o deyir. Adəm öz əsərləri üçün ən çox 

palıddan istifadə edir, belə ki, onu bu iş üçün ən keyfiyyətli ağac sayır.

“Kavkazskiy uzel”in müxbiri Əziz Kərimovun Bakının tarixi mərkəzində balaca emalatxanada unikal taxta heykəllərin yaradılması haqqında fotoreportajı.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/sk5bf6

Most Viewed