Məcburi köçkün yataqxanası: Revmatizma, bruselyoz, malyariya

Hasarın bir üzü kasıblıq qoxan məhəllələr, digəri istirahət üçün salınan gözoxşayan park. Bu sədd məcburi köçkünlərin üzünə çəkilib.

“Azərbaycanın heç bir yerində hasarlı park yoxdur. Bunu saldılar ki, qaçqınları görməsinlər”, - Məhbubə Əliyeva deyir.

Hasarın o tayındakı məcburi köçkünlər torpaqları işğal olunandan bəri Yeni Yasamalda, bu antisanirtariya vəziyyətində olan 3 mərtəbəli məktəb binasında yaşayırlar. Məcburi köçkünlərə yeni mənzillər paylanan vaxtda onlar diqqətdən kənarda qalıblar.

“Mənim gəncliyim burada keçdi. Artıq qocalığa doğru gedirəm, amma hələ buradan köçməmişəm. Mənim şəraitimdən də yaxşı olan qaçqınları köçürdürlər.Bizi niyə köçürmürlər? İtin, pişiyin, kərtənkələnin, siçovulun əlindən içəriyə girə bilmirik”, - məcburi köçkün Məhbubə Əliyeva deyir.

“Ailəm mənim revmtizma, bruselyoz, malyariya xəstəliyinə tutulub. O cür şəraitdə, nəmişliyin içində yaşayırıq. 26 ildir qazımız, suyumuz, zülmlə yaşamışıq. Elə olub bir belə ailə 3 ayaq yolundan istifadə edib. Çünki pul olmayıb, düzəldə bilməmişik”, - Xanım Bayramova gileylənir.

Zirzəmidə özünü yeraltı dünyaya düşmüş kimi hiss edirsən. Bu nimdaş evlərin, elektrik xətlərinin, havasızlığın içində bir ömür sürüblər. Zirzəmini onlarla birgə paylaşan siçovullardan qorunmaq üçün hərənin bir üsulu var. Şəfəq Qurbanova qapının önünə qoyduğu taxta ilə övladlarını onlardan qorumağa çalışır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən zənglərimizə cavab verən olmadı.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/vj06n3

Most Viewed