Source: Meydan TV

Özbək rəsmisi Məhəmməd Peyğəmbərlə bağlı şərhdən sonra ölüm təhdidləri alır

Nərgizə Rəhimovanın həyat yoldaşı və övladı hədəfdədir

Özbəkistan hökumətinin rəsmi nümayəndəsi poliqamiya və Məhəmməd Peyğəmbərə istinadən verdiyi onlayn yazıdan sonra ölüm təhdidlərinə məruz qalıb və polis nəzarətindədir, - Azadlıq Radiosunun Özbək Xidməti xəbər verir.

Özbəkistan Mətbuat və İnformasiya Agentliyinin müavini Nərgizə Rəhimova (Nargiza Rakhimova) Beynəlxalq Qadınlar Günü ərəfəsində “Facebook”da bir oxucunun şərhinə cavab olaraq poliqamiyanı dəstəkləyən şərh yazıb.

Hayot Bəxtiyor O’gli şərhində yazıb: "Bir qadınla belə bacara bilməyən qamçılanmış kişilər və yalnız axmaq ərlərinə süd verən fahişə qadınlar poliqamiyaya qarşı çıxarlar".

Rəhimova 3 mart tarixində yazıb: "Peyğəmbərimiz anamız Xədicə sağ olanda ikinci bir qadını almamışdı. Bilmirəm, bəlkə də o da qamçılanmışdı və ya Xədicə bir fahişə idi. Siz daha yaxşı bilərsiniz. Həzrəti Əli (Məhəmmədin oğulluğu) da Fatimə sağ olanda ikinci arvad almamışdı".

Baş Prokurorluqdan Azadlıq Radiosunun Özbəkistan Xidmətinə verilən məlumata görə, Rəhimovanın şərhindən sonra vəzifəsindən azad edilməsi üçün təhdid və tələblər olub. Buna görə də ciddi tədbirlər görülüb.

Rəhimova daha sonra sözlərinə görə üzr istədiyini əks etdirən video yerləşdirib, amma təhdidlər hələ də davam edir. Sosial mediada yayılan bu təhdidlərdə Rəhimovanın cəzalandırılmalı olduğu əksini tapır.

Təhdidlər sadəcə 35 yaşlı Rəhimovanı deyil, onun həyat yoldaşını və dörd övladını da hədəf alır.

Polis ictimai media hesablarının mənbələrini araşdırır.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/66nyb7

Most Viewed