Source: Meydan TV

Sumqayıtlı sahibkarlara Prezident Administrasiyasından ümidverici cavab

Sumqayıtlı sahibkarlara Prezident Administrasiyasından ümidverici cavab 672 views

Vaxtilə Şərq bazarına bitişik 66 obyektdə çalışan sahibkarlar növbəti dəfə Prezident Administrasiyasına müraciətə gəliblər. 2017-ci ildə obyektləri söküləndə Sumqayıt Şəhər İcra Hakimiyyətindən onlara verilən zəmanət məktubunda obyektlərin yenidən tikilərək sahibkarlara veriləcəyi qeyd olunmuşdu. Üzərindən iki il keçsə də, həmin ərazidə daşı daş üstdə qoyan olmayıb.

"2 il öncə İcra hakimiyyətindən hamısı tökülmüşdü əraziyə. Hamısı vəkillik edirdi ki, Zakir Fərəcov tikib sizə yer verəcək. 9 kvadratmetr yerinə 18 kvadratmetr yerəcək. Elə mənim 20 kvadratmetrlik yerim var idi. Niyə dağıtdılar ki, oranı? Dağıtdı, indi gedirsən adamı it yerinə də qoymurlar. Aparatdan deyirlər ki, get qəbul edəcəklər, orada vecinə də alan yoxdur", - Ələkbər Zeynalov deyir.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən zənglərimizə cavab verən olmadı. Qurumun mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Meydan TV-yə sonuncu açıqlamasında obyektləri icra hakimiyyətinin yox, sahibkarların tikəcəyini bildirmişdi. Həmçinin qanuni sənədləri olan sahibkarların yerlə təmin olunacağını da söyləmişdi.

Və budur 3 saat gözləyişdən sonra sahibkarların nümayəndəsi Yusif Məmmədov qəbuldan çıxır.

"Ərazi üzrə kurator Vəfadar müəllim bizi qəbul elədi. Söz verdi ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı ilə əlaqə saxlayacaqlar. Sahibkarların istəyini təmin edəcəklər. İnşaallah, ümidlə gedirik Sumqayıta", - Yusif Məmmədov deyir.

Sahibkarların dediyinə görə, indiyə kimi heç bir qurumdan belə ümidverici cavab eşitməyiblər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/toyq4u

Most Viewed