Uşaqlarına məktəb quran valideynlər etiraz edirlər

Uşaqlarına məktəb quran valideynlər etiraz edirlər

Tənəffüs zəngi əks-səda verir. Amma bu səs məktəblilər üçün nəsə ifadə etmir. Çünki bu məktəbdə nə bufet, nə də normal sanitar qovşağı var.

Burada Şuşa məcburi köçkün ailələrinin uşaqları təhsil alır. Əvvəllər 10 saylı İnternat məktəbində oxuyan uşaqların ora təmirə dayanandan sonra getməyə məktəbləri olmayıb. Bura isə ötən ilin oktyabr ayından fəaliyyət göstərir. Özü də valideynlər və müəllimlərin hesabına.

Valideynlər deyir ki, heç o dövrdə biz belə əziyyət çəkməmişdik.

130 şagirdi olan təhsil ocağının 27 pedoqoji, 8 texniki işçi var. Məktəbin təmizlik işlərinə cavabdeh olan Nargilə Hüseynova deyir ki, həftəsonu yağış yağarsa, onlara istirahət yoxdur. Həmin gün gəlib, məktəbə daman suyu təmizləməlidirlər.

Məktəblilərin taleyi ilə bağlı Təhsil Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə əlaqə yaratmağa çalışdıq, lakin zənglərimizə cavab verən olmadı. Balacalar isə nə vaxtsa gödəkçəsiz otura biləcəkləri sinif arzulayırlar.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/g56j16

Most Viewed