Ağsu rayonu

Источник: meydan tv

Оглавление: Ağsu rayonu

Ağsu sakini: Zəlzələdə evimizə ziyan dəydi, gəlib baxan yoxdur

''Prezident bununla bağlı sərəncam da verib, amma buradakılar qulaqardına vururlar''

Bu il fevralın 5-də ölkə ərazisində baş verən zəlzələ nəticəsində Ağsu rayonu İlyas Allahverdiyev küçəsi, ev 13 ünvanında yaşayan İmanovlar ailəsi ciddi ziyan görüb.

Fazilə İmanova Meydan TV-yə bildirir ki, onsuz da qəzalı olan ikiotaqlı evləri təbii fəlakətdən sonra uçulub-dağılmaq təhlükəsi ilə üz-üzədir:

“Evimiz onsuz da köhnə idi. Bu zəlzələdən sonra daha çox ziyan dəydi. Bununla bağlı Ağsu Rayon İcra Hakimiyyətinə getdik. İyirmi gündən sonra gəlib evə baxış keçirdilər. Amma heç bir rəy bildirmədən getdilər. Halbuki, ətrafda olan qonşuların evlərinin təmir işlərinə artıq başlanılıb. Bəs yaxşı, bizim evi niyə təmir etmək istəmirlər? Prezident bununla bağlı sərəncam da verib, amma buradakılar qulaqardına vururlar. Dörd körpə uşağım var, qorxudan ağlaşıb, evə girmirlər. Divarlar aralanıb, bayır görünür”.

evin içi

evin içi

Источник: meydan.tv

Şikayətçi bildirir ki, fevral ayından bu yana dəfələrlə icra başçısının qəbulunda olublar. Hətta Fövqəladə Hallar Nazirliyinin Ağsudakı nümayəndələri ilə də görüşüblər:

“Hər dəfə deyirlər ki, gedin, düzələcək. Artıq boş və yalan vədləri eşitməkdən bezmişik, gəlib baxmırlar da. Hətta Fövqəladə Hallar Nazirliyinin hazırda burada olan nümayəndələri ilə də görüşmüşük. Hamısı da deyir ki, gözləyin, gəlib baxacağıq. Burada elə evlərin təmirinə pul ayırıblar ki, hec ehtiyac yoxdur. Ailəmiz altı nəfədən ibarətdir. Nə yoldaşım, nə də ki, mən işləmirəm. Ayda uşaqlara görə 188 manat sosial müavinət alırıq. Başımızı soxmağa bir evimiz var idi. O da uçub gedir. Evə ancaq gecə yatanda giririk. İkiotaqlı mənzildir. Qarşısında şiferlə mətbəx düzəltmişik”.

Ağsu Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsindən Meydan TV-yə bildirib ki, Fazilə İmanova ilk növbədə İH-nə yazılı müraciət etməlidir:

"Evlərin siyahıya alınması və müvafiq tədbirlərin görülməsi ilə Fövqəladə Hallar Nazirliyinin rayondakı şöbəsi məşğul olur. Vətəndaş özü gəlsin, İH-nə müraciət etsin. Qeydiyyata alındıqdan sonra yönləndirək, Fövqəladə Hallar Komissiyasının üzvləri gedib yerində baxıb, qiymət verəcəklər".

evin çöl hissəsi

evin çöl hissəsi

Источник: meydan.tv

Rayon Fövqəladə Hallar Komissiyasının hesabatında isə bildirlir ki, bugünə qədər komissiyaya 1400-dən artıq müraciət daxil olub:

"Komissiya müraciətləri fərdi qaydada araşdırır, dəymiş ziyan müəyyənləşdirilir. Artıq müraciətlər əsasında 1250-dən artıq ev və obyektə baxış keçirilib. Mənzil və obyektlərin vəziyyəti barədə akt təqdim edilərək aidiyyəti qurumlara təqdim olunub. Hazırda araşdırmalar davam edir".

Fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/ii16on

Самое читаемое