İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz Bayramı şənliyində

Источник: Foto: Azərtac

Оглавление: İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz Bayramı şənliyində

''Dərinləşən islahatlar'' ölkəsi

İlham Əliyevin Novruz təbriki üzərində kiçik bir gəzişmə

Prezident İlham Əliyevin Novruz təbriki indiyəqədərki təbriklərindən fərqləndi. Həcmi və əhatə dairəsi geniş oldu. Bunu həm də hakimiyyətin yanvarın sonlarından başlayan xalqa sarı addımlarının tərkib hissəsi saymaq olar. Buna səbəb nədir? Versiyalar çoxdur. Onlardan biri və ən populyarı müxalifətin 19 yanvar mitinqi sayılır. Son illərdə keçirilən mitinqlərdən ən kütləvisi olan bu aksiyanın hakimiyyəti silkələdiyi deyilir. Başqa bir səbəb beynəlxalq təşkilatlardan gələn təzyiqlərdir. Yapçıların versiyasındasa İlham Əliyevin hakimiyyətinin 15-ci ilində “köklü islahatlara” start verməsi göstərilir. Novruz təbrikində dövlət başçısı özü də bu versiyanı səsləndirib: “...Prezident seçkilərindən sonra genişmiqyaslı islahatlar aparılmağa başlanmışdır. Bu islahatların nəticələrini Azərbaycan xalqı artıq görür və bundan sonra da görəcəkdir”.

Ancaq prezident islahatlara niyə məhz növbədənkənar seçkidən, həm də hakimiyyətinin 15-ci ilindən sonra başladığının səbəblərini açıqlamayıb. Əslində, İlham Əliyev hakimiyyətinin ən azı 10 ili böyük neft gəlirləri ili olub. Həmin böyük pullar nəhəng infrastruktur layihələr adıyla elə böyük şəkildə mənimsənilib. Bu illər Ziya Məmmədovun, Kəmaləddin Heydərovun, Eldar Mahmudovun, Ramul Usubovun, Zakir Qaralovun, Oqtay Əsədovun və adını çəkmədiyim neçə-neçə məmur-oliqarxın yüksəliş, hədsiz var-yatır yığdığı illər olub, elə hamısının başında dayanan İlham Əliyevin də. Nədən neft pulunun sel kimi axdığı o illərdə, deyək, 10 il qabaq bu “genişmiqyaslı” islahatlara start verilməyib? Axı bu gün neft o illərlə müqayisədə qiymətdən düşüb, təbii olaraq ölkəyə gələn pulun həcmi azalıb. Bəs niyə neft pulunun azaldığı ildə əmək haqqını, təqaüdləri, müavinətləri, deputatların maaşlarını belə artırmaq imkanı yaranıb? Məntiq başqa şey deyir axı. Bütün bunlar, bu gün bəh-bəhlə təriflənən “islahatlar” onda aparılmalıydı.

“...Ciddi islahatlar üzərində işlər keçən il prezident seçkilərindən sonra başlamışdır. Bu gün isə çox ciddi sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan öz maddi vəziyyətini, maliyyə vəziyyətini yaxşılaşdırmış olur. Bildiyiniz kimi, minimum əməkhaqqı və minimum pensiya təxminin 40 faiz artmışdır. Sosial müavinətlər təqribən orta hesabla iki dəfə artmışdır. Köçkünlərə verilən müavinət 50 faiz artmışdır. Tələbələrin təqaüdləri, şəhid ailələrinə verilən müavinətlər, digər sosial ödənişlər artıb. Çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı müvafiq Fərman imzalanıb. Problemli kreditlərin həlli ilə bağlı çox ciddi Fərman imzalanıb. Onu deyə bilərəm ki, bu Fərmanın dünyada bənzəri yoxdur və bu Fərman 800 min insanı əhatə edir. Yəni Azərbaycan dövləti bir daha göstərir ki, öz vətəndaşının yanındadır. Bizim iqtisadi gücümüz artdıqca sosial məsələlər daha da geniş miqyasda öz həllini tapacaqdır”. Bu sözləri də prezident builki Novruz təbrikində deyib.

Ancaq bütün bu sadalananlar adi şeylərdir, başqa ölkələrdə bu işlər heç bir təbliğat aparılmadan, göstəriş olmadan görülür. Həmin ölkələrdə vətəndaşa 30-35 faizlə kredit verilmir ki, onları uçurumun dibinə salıb sonra belə fərmanla sevindirsinlər. İlham Əliyev “bu Fərmanın dünyada bənzəri yoxdur” deyir. Doğrudur, heç bir ölkə vətəndaşını belə aciz duruma gətirməz, onu ölüm həddinə çatdırmaz, kredit bataqlığında batırmaz. O ölkələrdə çoxmənzilli binaları nazirlər, komitə sədrləri, deputatlar, prezidentin qohumları tikmir, orda qanunlar işləyir, o ölkələrdə Fövqəladə Hallar Nazirliyi rüşvətlə sənəd vermir. Bu tipli məsələlər heç bir problemsiz həll edilir. Dövlət başçısının da heç vaxt ağlına gəlmir ki, ev sənədləşməsi ilə bağlı sərəncam, problemli kreditlərin həlli ilə bağlı fərman versin. Sonra da bunu “genişmiqyaslı islahatlar” adıyla cəmiyyətə sırısın...

Təsəvvür edin, islahat adlandırdığınız bu işlər 10 il qabaq olub. Yox, təsəvvür edə bilməzsiz, çünki keçən həmin 10 ildə(başqa illər bu yazının mövzusu deyil) bu sahələrdən – ev tikintisindən, torpaq satılmasından, evin sənədləşdirilməsindən, tikilmiş evə qaz, işıq, su çəkilməsinə icazə verilməsindən yığılan milyardlar yuxarıda adlarını çəkdiyim və çəkə bilmədiyim adamların var-yatırını, ofşorlardakı hesablarını, dünyanın müxtəlif ölkələrində, eləcə də Azərbaycanda mənzillərinin, villalarının sayını artırıb.

Builki Novruz təbrikində İlham Əliyev ilk dəfə Qarabağ məsələsinə də toxunub. İnternetin imkanlarından yararlanıb 2008-ci ilə qədərki təbriklərə baxdım, bu 10 il ərzində bir dəfə də olsun Qarabağ münaqişəsi Novruz təbrikində xatırlanmayıb. Görünür, builki islahatlar paketində Qarabağ məsələsinə də yer ayrılıb. O səbəbdən prezident təbrikində “Azərbaycanın ayrılmaz tərkib hissəsi”ndən də danışmağı özünə borc bilib:

“Münaqişənin həllinə gəldikdə, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim tarixi diyarımızdır və münaqişənin tezliklə həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında olmalıdır. Bilirsiniz ki, Ermənistan tərəfi danışıqlar formatının dəyişdirilməsi ilə bağlı məsələlər qaldırıb. Ancaq təbii ki, Azərbaycan bunu qəbul edə bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədr ölkələrinin səfirləri - Amerika, Fransa, Rusiyanın nümayəndələri ciddi bəyanat verərək bildirdilər ki, format dəyişməz olaraq qalmalıdır. Həmçinin Avropa İttifaqının yüksək vəzifəli şəxsləri oxşar bəyanatla çıxış etmişlər. Yəni bu, Ermənistana birmənalı ciddi siqnaldır, eyni zamanda onu göstərir ki, Azərbaycanın mövqeyi daha da böyük dəstək qazanır.

Münaqişənin həlli regionda sülhün, sabitliyin təmin olunmasına gətirib çıxaracaq. Əlbəttə, Azərbaycan çalışır və çalışacaq ki, bu məsələ tezliklə ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapsın(16 mart 2019)”.

Azərbaycanda insan hüquqlarının durumu, siyasi azadlıqlar və siyasi məhbuslarla bağlı sənədləri “kağız parçası” adlandıranlar Qarabağ məsələsinin “beynəlxalq hüququn norma və prinsipləri əsasında” həllini istəyir. Bu halda kağız parçası sənədə çevrilir. İkili standartlarda Qərbi qınayanların standartı belədir...

Son 10 ildə prezidentin Novruz təbrikləri:

16 mart 2018 - Qarabağ sözü yoxdur

***

17 mart 2017 - Qarabağ sözü yoxdur

***

16 mart 2016 – Qarabağ sözü yoxdur

***

18 mart 2015 – Qarabağ sözü yoxdur

***

18 mart 2014 - Qarabağ sözü yoxdur

***

15 Mart 2013 - Qarabağ sözü yoxdur

***

16 Mart 2012 - Qarabağ sözü yoxdur

***

18 mart 2011 - Qarabağ sözü yoxdur

***

19 mart 2010 - Qarabağ sözü yoxdur

***

19 mart 2009 - Qarabağ sözü yoxdur

***

19 mart 2008 - Qarabağ sözü yoxdur.

Başlıcası islahatdır. Onu dərinləşdirdikcə, Qarabağ məsələsi də həllini tapar, ola bilsin, hakimiyyətdəkilər bu düşüncədədir.

“İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır”.

İslahatlar heç də həmişə uğurla nəticələnmir. Uğurlu olsa belə, ona bir neçə il gərəkdir. İlham Əliyev prezidentliyinin 15-ci ilində islahat qərarı verib, həm də, demək olar, bütün sahələrdə. Eyni zamanda deyib: “Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır”.

Həmin bu güclü dövlətin torpaqları 27 ildir işğal altındadır; “miskin, aciz durumda olan, əhalisi səfil günündə yaşayan Ermənistan”ın (AzTV-lər belə deyir) işğalı altında.

Siz necə düşünürsüz: Azərbaycan tarixdə indiki qədər güclü olubmu?

P.S. “Əziz bacı və qardaşlar! Sizi ürəkdən təbrik edirəm, hamınıza daha da dözümlü, dəyanətli olmağı arzulayıram! Əmin olun ki, yaman günün ömrü az olur. Biz bu ağır günlərdən çıxacağıq və siz öz evinizə, doğma torpağınıza qayıdacaqsınız! ...Müharibə böyük faciələrə gətirib çıxarmışdır. Biz müharibə istəmirik, onu biz başlamamışıq. Müharibəni bizim torpaqlarımızı ələ keçirmək istəyən qəsbkarlar başlamışlar. Ancaq biz ədalətli müharibə aparırıq! Torpaqlarımızı müdafiə edirik! Haqq-ədalət bizim tərəfimizdədir! Ona görə də mən bu gün bir daha bəyan edirəm: əgər bizim sülhsevər təşəbbüslərimiz, addımlarımız, təkliflərimiz öz nəticəsini verməsə, Azərbaycan xalqı, Azərbaycan Ordusu öz torpaqlarını qorumağa, respublikamızın ərazi bütövlüyünü təmin etməyə qadirdir! Biz istədiyimizə nail olacağıq!” (20 mart 1994-cü il. Heydər Əliyevin Novruz təbrikindən)

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/xfc9if

Самое читаемое