İsrail Tel-Əvivə edilən atəşdən sonra Qəzzaya hücum edib

Qəzzaya edilən atəş zamanı dörd nəfər yaralanıb

Source: Meydan TV


Qəzzaya edilən atəş zamanı dörd nəfər yaralanıb

İsrail Tel-Əvivə qarşı iki raket atəşinə məruz qaldığı üçün Qəzzadakı fələstinli militant ərazilərə onlarla hava hücumu həyata keçirib, – BBC xəbər verir.

İsraili hədəfə alan raket atəşi, heç bir ziyan və ya yaralanmalara səbəb olmasa da, bu, 2014-cü ildən etibarən İsrail və Qəzza militanları arasında ilk atəş hesab edilir.

Qəzzaya edilən atəş zamanı dörd nəfər yaralanıb. Məlumatı Qəzzanın Səhiyyə Nazirliyi təsdiqləyib. Yaralılardan bir qadın və bir kişinin evi Rəfah şəhərinin cənubunda dağıdılıb.

İsrail ordusu deyib ki, hədəflər arasında yalnız Həmasın qərargahı olub.

Qəzzanı idarə edən Həmas, təkid edir ki, bu raket atəşinin arxasında İsrailin başqa məqsədləri durur.

İsrail mətbuatı Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, raket atəşi "səhvən" olub.

Partlayış Tel-Əvivin mərkəzində eşidilib. Əvvəlcə bu səsin raket atəşi olduğu deyilsə də, sonradan İsrail Müdafiə Qüvvələri (IDF) heç bir raketin müşahidə edilmədiyini vurğulayıb. Qeyd edilir ki, atəş açıq sahələrə edilib.

İDF mətbuat katibi Briggen Ronen Manelis deyib ki, ilk raket atəşi sürpriz olub və bu haqda kəşfiyyat xəbərdarlığı olmayıb. Lakin o əlavə edib: "Həmas Qəzzada məsul yeganə qrupdur və o, bu zolaqda baş verənlərə və ordan başlayan hər bir hadisəyə məsuliyyət daşıyır".

Heç bir militant qrup Tel-Əvivə raket atəşi açdığını etiraf etməyib. Həmas qaynaqları cümə axşamı gecə yarısından sonra İsrailə aid jet və helikopterlərin Həmas və İslami Cihad qrupuna aid ərazilərə hücum etdiyini bildiriblər.

Həmas tərəf “Tvitter”də qeyd edib ki, onun silahlı qanadı bu hadisədə heç bir "məsuliyyət daşımır". Həmas Daxili İşlər Nazirliyi isə deyib ki, raket atəşi "milli konsensusa əks olaraq" açılıb və atəşi açanlara qarşı ölçü götürüləcəyi bildirilib.

Həmas həmçinin bildirib ki, atəş İsrail ilə Hamas arasında uzun müddətdir danışıqlar aparmağa çalışan Misir vasitəçiləri ilə görüşün başlandığı zaman açılıb.

Ana səhifəDünyaİsrail Tel-Əvivə edilən atəşdən sonra Qəzzaya hücum edib