Источник: Meydan.TV

Kiçik Heydər Əliyevin Moskvadakı qəsri

Статья обновлена:  27 Март 2019

Kiçik Heydər Əliyevin Moskvadakı qəsri

Azərbaycan prezidentinin ailəsi Moskva ətrafında necə məskunlaşdı

Azərbaycan prezidentinin oğlu Heydər Əliyev 9 yaşında Rublyovo-Uspenski şosesində Dmitri Medvedyevin iqamətgahının qonşuluğunda yerləşən dəbdəbəli evin sahibi olub. Bu mülkün alınması Əliyevin Paşayevlərin biznesmen ailəsi ilə maliyyə əlaqəsini ifşa edir. Ölkənin birinci xanımı Mehriban Əliyeva bu ailədəndir.

“Əgər bütün qonşu ölkələr arasındakı münasibətlər Rusiya ilə Azərbaycan arasındakı kimi olsaydı, inanın ki, nəinki heç bir münaqişə, hətta anlaşılmazlıq belə olmazdı”, – Azərbaycanın prezidenti İlham Əliyev 2008-ci ildə Rusiya prezidenti Dmitri Medvedyevlə baronessa Meyendorfun keçmiş qəsrində (Moskva ətrafı Barvixdə) baş tutmuş görüşdə deyib.

Bir ay sonra Rusiya, Ermənistan və Azərbaycan prezidentləri artıq orda Dağlıq Qarabağ münaqişəsi üzrə bəyannaməyə qol çəkiblər. Qəsr bu hadisədən üç il əvvəl bərpa olunub və prezident Dmitri Medvedyevin o qədər xoşuna gəlib ki, onu rəsmi iqamətgahına çevirib.

Görünür, Azərbaycan prezidenti İlham Əliyev də görüş yerinə qayıtmaq fikrinə düşüb. Bundan bir il əvvəl onun 9 yaşlı oğlu Rublyovo-Uspenski şosesindəki ən dəbdəbəli və qapalı qəsəbəsində – “Mayendorf bağları”nda nəhəng bir mülkün sahibi olub.

“Prezident İlham Heydər oğlu Əliyev”

İlham Əliyev 2003-cü ildən Azərbaycan prezidenti vəzifəsindədir. Ağır xəstə olan atası oğlunu öz varisi təyin edəndən onu tərk etmək niyyətində deyil. 2009-cu ildə Azərbaycan Konstitusiyasında edilən dəyişikliklər Əliyevə sonsuz sayda seçilməyə imkan yaradıb, üstəlik 2016-cı ildə prezident səlahiyyətlərinin müddəti beş ildən yeddi ilədək artırılıb. Elə həmin il Azərbaycanda vitse-prezident vəzifəsi təsis olunub; dövlət başçısı hər hansı bir səbəbdən öz səlahiyyətlərini yerinə yetirə bilmədikdə Baş nazir deyil, məhz o bu vəzifəni öz üzərinə götürəcək. İlham Əliyev Birinci vitse-prezident vəzifəsinə öz arvadı Mehriban Əliyevanı təyin edib.

Əliyev prezident vəzifəsinə keçənə qədər az müddətdə Baş nazir olub; iki dəfə, 1995 və 2000-ci ildə respublika parlamentinə deputat seçilib, 1994-2003-cü illərdə isə Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi çalışıb. Rəsmi bioqrafiyaya görə, onun şəxsi biznes sahəsində qısa təcrübəsi 1991-1994-cü illərə təsadüf edir. Həmin müddət ərzində o, “bir sıra istehsalat-kommersiya müəssisələrinə başçılıq edib”.

“Əliyevlərin bağı”

“Mayendorf bağları” kottec qəsəbəsi, həmçinin Medvedyevin iqamətgahı, – bu qəsəbə Birinci dünya müharibəsində Rusiyadan getmiş çar zabiti Mixail Mayedorfun soyadı ilə adlandırılıb, – Moskva həlqəvi avtomobil yolundan 16 km aralıda, “Barvix” sanatoriyasının yaxınlığında yerləşir. Təxminən 10 km məsafədə Vladimir Putinin “Novo-Oqaryovo” rəsmi iqamətgahı və Baş nazir iqamətgahı “Qorki-9” yerləşir. Bu qəsəbədə bir neçə dəfə satılan mülklər Rusiyada və hətta dünyada ən bahalı evlər sayılıb.

“Mayendorf bağları”nda rusiyalı “forbs”lar: Rusiyanın ən varlı (2018-ci ilin reytinqinə görə) biznesmeni Vladimir Lisin, İsgəndər Mahmudov, Andrey Bokaryov, Dmitri Mazepinin daşınmaz əmlakı var. Aleksey Boqdamçikov – “Rosneft”in keçmiş prezidenti Sergey Boqdançikovun oğlunun, biznesmenlər Aleksandr və Şalva Çigirinlərin mülkləri yerləşir.
Memar Zaha Hadidin yaratdığı dünyada yeganə şəxsi malikanə də burdadır. Sifarişçi “Kapital qrup”un ortağı Vladislav Doronin olub.

Zaha Hadidin memar bürosunun saytında deyilir ki, bu Moskvaətrafı qəsəbədə şam ağaclarının hündürlüyü 20 metrə çatır. Və əgər Doroninin futurist evi həmin ağacların üzərində ucalırsa, Əliyevin malikanəsi onların arxasında gizlənib.

Qəsəbəni tikən öz saytında potensial alıcılara sövdələşmənin məxfiliyinə zəmanət verir, belə ki “burdakı auditoriyanın xarakterini anlayır” və vəd edir ki, qəsəbə ərazisinə “kənar şəxslər və mətbuat” daxil olmayacaq. Nəzarət-buraxılış məntəqəsindəki keşikçi “Proyekt”in müxbirinə deyib ki, sakinlərin adını bilmir, bəzən heç onların üzünü də görmür, çünki mülk sahibləri çox vaxt qara şüşəli avtomobillərdə gəlirlər. Üstəlik, demək olar ki, hər ev sahibinin öz şəxsi mühafizə dəstəsi var.

Beləcə, Əliyevlərin şəxsi mühafizəsi onlar üçün xüsusi tikilmiş 200 metrlik evdə yaşayır.

Heydər Əliyevin mülkünün sahəsi 7 min kv.m-dən artıqdır. Evin sahəsi 1,6 min kv.m-dir. O, qəsəbənin sərhədində, düz Poduşinski meşəsinin yanında yerləşir. Yaxınlıqda Böyük Barvix gölü var (yerli əhali onun tamamilə hasarlandığından şikayət edirlər).

“Mayendof bağları”nı artıq Əliyevlərin ailə yuvası adlandırmaq olar: bir neçə mülk aralıda Azərbaycan prezidentinin qızı Leylanın evi yerləşir. Əliyevanın mülkünün sahəsi 7,7 min kv.m-dir. Qardaşı kimi Əliyeva da bu bahalı daşınmaz əmlaka gənc yaşlarında – 20 yaşında sahib olub.

Aşkar nepotizmlə yanaşı, Əliyevlərin varlanma mənbəsi həmişə çoxlu sayda sual doğurub. OCCRP-nin araşdırmaçı jurnalistləri müəyyənləşdiriblər ki, bu ailənin üzvləri ofşor şirkətlərlə pərdələnmiş müxtəlif müəssisələrə, dəbdəbəli daşınmaz əmlaklara və hətta qızıl yataqlarına sahibdirlər.

“Rusiyada yaşamaq kimə xoşdur?”

MDB ölkələrinin bir çox başçısı və ya onların qohumları Rusiyaya kifayət qədər yaxındır. Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç cinayət məsuliyyətindən qaçaraq Rusiyada gizlənib. Müğənni İosif Kabzon danışırdı ki, Moskva ətrafı Bakovda onunla qonşudur. Yanukoviçin oğlu isə Sank-Peterburqda şirkət təsis edib. Qırğızıstanın birinci prezidenti Askar Akayev “Zanbaq inqilabı” nəticəsində devriləndən sonra həmçinin Moskvada gizlənib və hazırda Ali İqtisadiyyat Məktəbində, sosial elmlər fakültəsində dərs deyir. Özbəkistanın keçmiş prezidentinin qızı Gülnarə Kərimovaya qarşı qaldırılmış cinayət işi zamanı məlum olub ki, onun daxil olduğu “cinayətkar qrup” Moskvada bir neçə mənzilə, Rublyovkada mülkə, o cümlədən Yaltada mehmanxana kompleksinə sahibdir. Ötən il Qazaxıstan prezidenti Nursultan Nazarbayevin kürəkəni Timur Kulibayevin “Port Vasoski” üzərində nəzarəti alması haqda elan olunub.

“İki ailə”

Heydər Əliyevin malikanəsi və evi əvvəlcə Arif Paşayevin – azərbaycanlı alim-fizik və prezidentin qayınatasının adına sənədləşdirilib. Paşayev “Mayendorf bağları”ndakı daşınmaz əmlakı bir ildən sonra nəvəsinə bağışlayıb.

Bağışlama müaviləsi 2007-ci ildə sənədləşdirilib, odur ki, daşınmaz əmlakın həmin vaxtda olan dəyərini qiymətləndirmək çətindir. Evin satıcısı, Rublyovkada işləyən tikinti firmalarının keçmiş sahibi Mixail Marçenkovla əlaqə saxlamaq mümkün olmadı. İndi həmin qəsəbədə bu qədər sahəsi olan evin qiyməti 2,3 milyard rubldur (təxminən 35 milyon dollar).

Arif Paşayev elə ailəsi kimi uzun müddət Azərbaycanın elmi elitasının nümayəndəsi kimi məşhur olub (hələ Azərbaycan Sovet Respublikası olduğu dövrdən). Fizik Paşayev Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru və Milli Elmlər Akademiyasının üzvüdür. Onun atası – yazıçı və ədəbiyyatçünas Mir Cəlal Paşayev, doğma qardaşı Hafiz – fizika-riyaziyyat elmləri doktoru, diplomat, Azərbaycanın ABŞ, Kanada və Meksikada keçmiş səfiridir. Arif Paşayevin arvadı Aida İmanquliyeva ərəbşünas olub, Azərbaycan Elmlər Akademiyası Şərqçünalıq İnstitutuna rəhbərlik edib. Mehriban Əliyevanın doğma bacısı Nərgiz – filologiya elmləri doktoru, MDU-nun Bakıdakı filialının rektorudur. Gələcək “birinci xanım” Seçenov adına Moskva tibb institutunu bitirib, Moskva göz xəstəlikləri elmi-tədqiqat institutunda işləyib.

Amma Paşayevlər sadəcə ziyalı ailə deyil. Arif Paşayevin qardaşı oğlu Camal prezident ailəsinin çoxsaylı aktivlərini birləşdirən “Pasha Holding”-ə başçılıq edir. Bu, sığorta şirkətləri “PASHA Insurance” və “PASHA Life”; Azərbaycanda xeyli sayda daşınmaz əmlak obyektini idarə edən developer şirkəti “PASHA Construction”; turist “PASHA Travel”; bir neçə beşulduzlu oteli idarə edən “Absheron Hotel Group”; “Pasha Capital” investisiya şirkətidir.

Holdinqə həmçinin iki bank – “Kapital bank” və “Pasha bank” daxildir. “Pasha bank”da Arif Paşayevin özünün də payı var.

“Pasha Holding”-in arxasında prezidentin qızları Leyla və Arzu Əliyevaların dayandığını “Kapital bank”ın illik hesabatından görmək mümkündür. “Pasha Holding”-in aktivləri 4 milyard dollardır.

Hər iki klan – Əliyevlər və Paşayevlər – həmçinin xaricdə daşınmaz əmlaka sahibdir. OCCRP o cümlədən xəbər verib ki, Arif Paşayevə Karlovı Varada (Çexiya) bir sıra daşınmaz əmlak obyektinə sahib olan RETRO-INTER şirkəti də məxsusdur. Nəvəsi Arzunun şirkəti də orda dəyəri 1 milyon avro olan elit mülkə sahibdir. Üstəlik OCCRP-nin müəyyənləşdirdiyinə görə, Əliyevlər Londonda 25 milyon dollarlıq malikanə də daxil olmaqla bir neçə daşınmaz əmlak obyektinə sahibdir.

Paşayevlərin şirkətləri yəqin ki Rusiya dövlətləri ilə də işgüzar münasibətdədir. OCCRP-nin “Azərbaycanlı landromat” araşdırmasında Rosoboroneksportun Pasha Holding – Inmaxo Capital-la əlaqəli ofşor şirkətin ünvanına pul köçürməsi barədə qeyd olunub. O, holdinqə daxil olan “Pasha İnsaat” tikinti şirkəti üçün Rusiyadan Azərbaycana sement ixracatında vasitəçi kimi çıxış edib. “Proyekt” Arif Paşayevə sorğu göndərib, lakin hələ cavab almayıb.

“Birinci xanım”

Mehriban Əliyevanın ailə biznesində öz rolu olub – “Panama arxiv”inin məlumatına görə, 2005-ci ildə prezidentin xanımı Azərbaycanın vergilər naziri Fazil Məmmədovla birgə bilavasitə Azərbaycan korporasiyası AtaHolding-in 51% payına sahib olan “UF Universe Foundation” fonduna rəhbərlik edib. “UF Universe Foundation”-da payların azyaşlı Heydər də daxil olmaqla Əliyevlərin övladları arasında paylaşması ehtimal olunurdu, lakin 2007-ci ildə fond bağlandı.

“Transparency International”-ın qiymətləndirməsinə görə, korrupsiyaya həssaslıq reytinqdə Azərbaycan 180 ölkə arasında 152-ci yeri tutur. Üstəlik ötən illə müqayisədə ölkənin vəziyyəti daha da pisləşib.

Azərbaycan prezidentliyinə namizədlər MSK-na öz gəlirləri haqda məlumat təqdim etməlidirlər. Respublikada son prezident seçkiləri 2018-ci ildə baş tutub, lakin MSK-nın bəyannamələri dərc olunmayıb. Namizədlərdən bəziləri KİV-də öz mülkiyyətləri ilə bağlı açıqlama veriblər, amma Əliyev bunu etməyib.

Bununla yanaşı, Azadlıq Radiosunun müəyyənləşdirdiyi kimi, Azərbaycanın vergi siyahısından hakim ailə ilə bağlı şirkətlər haqda məlumatlar silinir.

“Proyekt” Azərbaycan Prezident Administrasiyasına sorğu göndərib, lakin hələ ki cavab almayıb.

“Əliyevlərin mənzili”

Rublyovkadakı mülk Azərbaycan prezidenti ailəsinin öz aktivlərini Heydər Əliyevin adına yazması ilə bağlı yeganə hal deyil. Belə ki o, 2009-cu ildə 11 yaşında Dubayda doqquz mülk sahibi olub. Həmin vaxt onların dəyəri 44 milyon dollar həcmində qiymətləndirilib. Dubayda həmçinin Leyla və Arzu Əliyüvaların villaları var.

“Proyekt” bəlkə də Azərbaycan prezident ailəsinin digər Moskva aktivlərini də tapıb. “Moskvanın telefon soraq kitabçasında” Azərbaycanın prezidenti və xanımının Bolşaya Yakimanka 26-da mənzil sahibi olduqları haqda məlumat var. Bu dəbdəbəli rayonda hələ sovet dönəmində diplomat və partiya funksionerlərinin mənzilləri olub. Hazırda burda evlərin qiyməti “Mayendorf bağları” ilə müqayisədə bahalı deyil. Belə ki Əliyevlərin 136 kv.m-lik mənzilinin dəyəri 100 milyon rubldur (təxminən 1,5 milyon dollar).

Əliyevlərin mənzilinin yerləşdiyi blokun sakini “Proyekt”in müxbirinə deyib ki, onların nümayəndələri müntəzəm olaraq bura gəlib poçtla hesabları götürür.

Rusiya reyestrinin çıxarışında bu mənzilin sahibləri haqda məlumat yoxdur. Həmin mənzilin sahibləri 1998-ci ilədək qeydiyyatdan keçibsə, bu məlumatın olmaması mümkündür.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  27 Март 2019
Pазделы:  
Короткие линки:   http://mtv.re/scwlhn

Самое читаемое