Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda

Источник: google.az

Оглавление: Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda

Lazım gəlmir... Paşinyan gəlir

Статья обновлена:  16 Март 2019

''Prezidentə məktub'' silsiləsindən

Cənab prezident, el arasında bir deyim var: mart gəldi, dərd gəldi, mart çıxdı, dərd çıxdı. Bu deyimi Qarabağla bağlı xatırladım. Artıq uzun illərdir bu dərdimiz martla çıxıb getmir, əvəzində martdan sonra aprel, onda da Formula 1 yarışları gəlir. Bu martdasa dərdlərimizin üstünə biri də əlavə olundu, qaysaq bağlamış yaralarımıza dağ basıldı...

“Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub”. Müdafiə Nazirliyinin martın 13-də yaydığı xəbərdə belə yazılır. Sutka dedikdə martın 12-si saat 9.13-dən martın 13-ü saat 9.32-yə qədərki vaxt nəzərdə tutulur.

Bu statistikanı xatırlatmaqda səbəb var, cənab prezident. Martın 12-də Ermənistanın Baş naziri Nikol Paşinyan başının dəstəsiylə işğalda olan Azərbaycan torpaqlarına gəlib və orada Ermənistan Dövlət Təhlükəsizlik Şurasının yığıncağını keçirib. Həmin gün sutka ərzində atəşkəsin ən az pozulduğu günlərdən olub; cəmi 22 dəfə. Müdafiə Nazirliyinin xəbərinə görə, onu da elə düşmən dövlətin hərbçiləri pozub. Bizimsə başımız qarışıq olub, daha önəmli işlərlə günümüzü keçirmişik. Tolerant, multikultural, sülhsevər, idmansevər, bayramsevər xalq olduğumuzdan, kökümüzə bağlılıqdan, yüksək ideallar uğrunda mübarizə apardığımızdan belə xırda şeylərə fikir verməmişik, boş buraxmışıq. 30 ilə yaxındır düşmən gəlib-gedir o torpaqlarımıza, nə dəyişib ki?!

Başlıcası beynəlxalq tədbirləri, yarışları, bayramları yüksək səviyyədə keçirməkdi, daha bahalı atəşfəşanlıq, paytaxt bulvarında toplardan yaylım atəşi açmaqdı... Torpağı işğaldakı ölkənin müdafiə naziri Paşinyan Qarabağda yığıncaq keçirən günü bayram ovqatında olub, yel çərşənbəsini əsgərlərlə tonqal başında qarşılayıb, tonqalın üstündən atlanıb, hərbçilərlə rəqs edib...

Cənab prezident, siz də həmin gün ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib, onunla Azərbaycanda demokratiyadan, insan haqlarından, enerji təhlükəsizliyindən danışırdız. Ancaq eyni vaxtda dövlətimizin təhlükəsizliyinə qəsd olunurdu. Sizsə ABŞ səfiri ilə beynəlxalq hüququn norma və prinsipləri ətrafında müzakirə aparırdınız: “...Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edildi, Prezident İlham Əliyev Azərbaycanın münaqişənin həllinə dair beynəlxalq hüququn norma və prinsiplərinə və ədalətə əsaslanan mövqeyini diqqətə çatdırdı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatı, o cümlədən danışıqlar formatının dəyişdirilməməsi ilə bağlı fikirlərini müsbət qarşılayır”.

Sonra etimadnamə sizə təqdim olundu, şəkil də çəkdirdiz, bir daha xatırladım, həmin vaxt Azərbaycan torpağında Ermənistan Dövlət Təhlükəsizlik Şurasının təmtəraqlı yığıncağıydı. Yəqin, Paşinyanın Qarabağdakı tədbirindən yeni səfir də xəbərsiz olub, yoxsa görüşü həmin günə salmazdı; ölkəsi ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olduğu üçün...

Cənab prezident, ola bilsin, Paşinyanın həmin vaxt Qarabağda yığıncaq keçirməsindən xəbərsiz olmusuz, çünki sizi belə məsələlərdən xəbərdar edəcək əsas iki şəxs - xarici işlər naziri Elmar Məmmədyarov və Azərbaycan Respublikası Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev yanınızdaydı, kənarda dayanıb sizin yeni səfirlə görüşünüzü izləyirdilər. Görünür, Paşinyanın və komandasının Qarabağa səfərindən onlar da xəbərsiz olub, çünki bu qanunsuz, bütün hüquq (yerli, məhəlli, regional, beynəlxalq) normalarına tüpürülmüş tədbirə Azərbaycan tərəfi heç bir reaksiya vermədi.

Cənab prezident! Xocalıda türk uşağının dərisini soyan Zori Balayan da həmin vaxt Qarabağda – Azərbaycan torpağındaydı, həm də qalib görkəmində. Düzdür, qabaqlar da (işğaldan sonra), ermənilər Qarabağa rahat gedib-gəliblər. Ancaq dünənki rahatlıq, Ermənistan Dövlət Təhlükəsizlik Şurasının yığıncağının coşquyla, bayram kimi yürüşlə, həm də Stepanakertdə (ora hələ Xankəndi deyil) keçirilməsi Azərbaycana “əlcək atmaq” idi. O imkanı siz yaratmısız; Lazımı gözləməklə, “sülh danışıqları nəticə verməsə...” deməklə, eyni zamanda Paşinyanın Qarabağa rahat gəlməsi, oğlunu ora əsgərliyə göndərməsi, istədiyi tədbiri orda sərbəst, heç bir təhlükə düşünmədən keçirməsi üçün...

2018-ci il sentyabrın 28-də MDB Dövlət Başçıları Şurası nümayəndə heyətinin Düşənbədə keçirilən yığıncağında Paşinyanla görüşdüz. Yadınızda olar. Həmin görüşdən sonra Qarabağda atəş səngidi. O görüşə qədər gündə 80, 90, 130 dəfə pozulan atəşkəs rejimi birdən-birə 20-30 dəfəyə düşdü. O vaxtdan nisbi sakitlikdir, düzdür, yenə hərbçilərimiz düşmən gülləsinə tuş gəlir, yenə şəhid veririk, ancaq başlıcası sabitlikdir; vəziyyət ağır olsa da...

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  16 Март 2019
Pазделы:  
Короткие линки:   http://mtv.re/3zuj4z

Самое читаемое