Rauf Mirqədirov: Hazırkı hakimiyyətin mahiyyəti dəyişməyib

Ona görə baş verənləri qlobal məsələlərdə axtarmaq olmaz və hələ bu barədə düşünmək də tezdir.

Source: Foto: prezident.az


Azər Qasımlı: ''İdarəetmədə mafiya prinsipləri üstünlük təşkil edir''

“İndiyə qədər hakimiyyət üçün insan hüquqlarına, siyasi azadlıqlara münasibət o qədər ciddi və məcburi, zəruri mahiyyət daşımadığından təəccüblü deyil ki, bir tərəfdən Azərbaycan iqtidarı siyasi, sosial və iqtisadi islahatlar paketi hazırlayır, Avropa İttifaqı ilə əməkdaşlığı haqda bəyanatlar verir, digər tərəfdən də repressiv addımlar atır, anlaşılmayan hadisələr olur”.

Bunu Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov son aylar hakimiyyətin bir-birinə zidd addımlarını şərh edərkən deyib.

Рауф Миркадыров
Rauf Mirqədirov

Prezident İlham Əliyevin sosial istiqamətdə addımları, 51 siyasi məhbusa da aid edilən əfv fərmanı, Avropa İttifaqı ilə yeni müqavilə üzrə danışıqların kəskin intensivləşdirdiyi dövrdə əfv edilən

Bayram Məmmədov

un yeni həbsi, azadlığa çıxan digərlərinə təzyiqlər,

Fuad Qəhrəmanlı

nın qızına İlham Əliyev və Mehriban Əliyevanın adının istifadə edilməsi ilə olan hücum cəmiyyətdə və sosial şəbəkələrdə bir sıra mülahizələrin irəli sürülməsinə səbəb olub. Müzakirələrdə Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərinin yaxşılaşması, tərəflərin müqavilə üzrə danışıqların son mərhələsinə çatmaları barədə bəyanatları səbəbindən hakimiyyətdaxili müxalifətin bunun əleyhinə çıxıb, fəallaşması, təxribatlar törətməsi ilə bağlı fikirlər irəli sürülür.


“Azərbaycan hakimiyyəti islahatların qaçılmazlığını və zəruriliyini dərk etmir”

R.Mirqədirov hesab edir ki, hazırki hakimiyyətin mahiyyəti dəyişməyib, sadəcə, siyasi konyuktura bəzi addımlar atmaq məcburiyyəti yaradır.

“Konkret olaraq, Fuad Qəhrəmanlının qızına hücum göstərilməlidir. Problem ondadır ki, Azərbaycan hakimiyyəti islahatların qaçılmazlığını və zəruriliyini dərk etmir. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq islahatların zəruriliyini dərk edəcəklərsə, o zaman gerçək irəliləyişlərin şahidi olacağıq. Hazırda isə daxili və xarici siyasi konyukturanın tələb etdiyi bəzi gerçəkliklər var ki, bunlar da hakimiyyəti də manevr etməyə məcbur edir. Amma bu hakimiyyətin əsas siyasi vektorunu dəyişmir. Siyasətin əsas vektoru ondan ibarətdir ki, bütün manevrlər hakimiyyətin qorunmasına yönəlib”.

Onun sözlərinə görə, hakimiyyət özü anlamalıdır ki, fəaliyyətinin son nəticəsi iqtidarı növbəti siyasi qüvvəyə verməkdir və buna hazır olmalıdır.

“Siyasətini də bunun üzərində qurmalıdır ki, nə vaxtsa hakimiyyəti təhvil verməlidir. Bu anlayışla dövlət idarə olunmalıdır. Əks təqdirdə, demokratiya, insan haqları, qanunun aliliyinə hörmət ediləcəyini gözləmək olmaz”.


“Mövcud hakimiyyət ölkəni qanunlarla idarə etmir”

ReAL Partiyasının Məclis başqanı Azər Qasımlı təxribatlar barədə danışmağın çətin olduğunu düşünür:

Azər Qasımlı
Azər Qasımlı

“Bu barədə dəqiq danışmaq çətindir. Bəlkə də var, bilmirəm. Problem ondadır ki, mövcud hakimiyyət ölkəni qanunlarla idarə etmir. Əksinə, idarəetmədə mafiya prinsipləri üstünlük təşkil edir. Məsələn, Bayram Məmmədov azadlığa buraxıldı. Ancaq hansısa ifadələrinə görə yenidən həbs edildi. Bu, ona bənzəyir ki, səni azad etdim, sən isə təhqiramiz ifadə işlətdin, deyə həbs etdim. Axı İlham Əliyevin Bayram Məmmədovun həbsindən xəbəri var. Məgər, onu buraxdıra bilməzmi? Yəni hakimiyyət daxilində mühafizəkarlar belə güclüdürlər ki, ona mane olurlar? Mən inanmıram. Ona görə baş verənləri qlobal məsələlərdə axtarmaq olmaz və hələ bu barədə düşünmək də tezdir. Çünki Azərbaycanı indiyə qədər belə idarə ediblər, siz bizə toxuna bilməzsiniz, azadlığı vermişiksə, götürüb başınızı aşağı salıb danışın”.

Onun fikrincə, prezident İlham Əliyevin əfv sərəncamı, yaxud rayonlarda insanlarla görüşməsi islahat deyil, ölkə başçısının sıradan bir davranışıdır və bunların insanların həyatına ciddi təsiri yoxdur.

Ana səhifəXəbərlərRauf Mirqədirov: Hazırkı hakimiyyətin mahiyyəti dəyişməyib