Yanğında evini itirən ailə dövlətdən yardım istəyir

Yanğında evini itirən ailə dövlətdən yardım istəyir

Rəşad Əliyev yanğından sonra evində qalmayan əşyalarının yerini göstərir. 22 fevralda Sumqayıtda yaşayan sakinin evi yanıb. Axşamçağı saat 5-6 radələrində ilkin ehtimala görə elektrik naqillərinin qısaqapanmasından ev alışıb. İndi evdə ələ gəlinəsi heç nə yoxdur. Sənədlər, paltarlar, məişət cihazları, hamısı yanıb.

Rəşad Əliyev günü 10-15 manata fəhləlik edir. Bu pulla 4 uşağını dolandırır. 9 ildir yaşadığı evi imkansızlıqdan təmir edə bilməyib. Suvaq çəkib içində yaşayırmış. Deyir, yanğından sonra əşyaları ilə birlikdə ona 20-25 min manat arasında ziyan dəyib. Evini əvvəlki halına qaytarmaq imkanı xaricindədir.

Ana səhifəVideoYanğında evini itirən ailə dövlətdən yardım istəyir