Yolları daşdan keçən saraylı məktəblilər

Yolları daşdan keçən saraylı məktəblilər

Saray qəsəbəsində məktəbə gedənlərin işi sözün həqiqi mənasında daşdan keçir. Hər gün məktəblilər çınqıllı, palçıqlı yolları adlayıb təhsil ocağına çatırlar.

"16 ildir bir dəfə də olsun dövlət tərəfindən qəsəbənin nə yoluna, nə kanalizasiyasına baxan var. Şikayət də eləsən, gəlib heç nə deyən yoxdur", – qəsəbə sakininin sözləridir.

Sakinlər deyir ki, bu, hələ küçələrin yağış yağmamış vəziyyətidir. Yağış yağanda küçələr keçilməz olduğundan çınqıl, qum tökməklə yolları düzəltməyə çalışırlar.

"İnanırsız ki, biz ildə iki dəfə ayaqqabı dəyişdiririk? Alırsan, iki ay çəkmir ki, ayaqqabı cırılır. Yollar keçilməz olur", – Məhyəddin Əliyev deyir.

"Nəvəmi məktəbdən gətirə bilmirəm. Yer zığ olur, ayağım da sınıqdır, gedib-gəlmək olmur. Yolum da uzaqdır. Ona görə mən də məcburam ki, yaxınlardan ev tutub qalam. Evim yox, eşiyim yox, kirayələrdə qalıram", – Qətibə Quliyeva deyir.

Bələdiyyə “vəsaitimiz yoxdur” deyir, sakinlərsə yollara, kanalizasiyaya ayrılan pulların düzgün xərclənmədiyini. 2019-2023-cü illərdə də davam edəcək regionların sosial-iqtisadı inkişafını hədəfləyən dövlət proqramında Abşeron rayonunun su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi “Azərsu”ya tapşırılıb.

"Azərsu"ya getmişdik, oradan dedilər ki, Saray qəsəbəsinin adı heç yerdə çəkilmir. Bizdə o barədə heç bir məlumat yoxdur", -qəsəbə sakini deyir.

"Azərsu"dan zənglərimizə cavab verən olmadı.

Ana səhifəVideoYolları daşdan keçən saraylı məktəblilər